Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi
1 min read

Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, 1994-cü il təvəllüdlü Urfan Baxışov tanışı tərəfindən qətlə yetirilib.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri və digər detalları müəyyənləşdirilir.