Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
1 min read

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Canlixeber.com xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.