Sumqayıtda 1200 abonentin qazı kəsiləcək
1 min read

Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 1200 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Canlixeber.com xəbər verir ki, şəhər ərazisində 159 mm-lik yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar iyunun 29-da saat 13:00-dan etibarən 1200 abonentin qaz təchizatı dayandırılacaq.

Qazın verilişinin təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcəyi gözlənilir.