Sumqayıt şəhərində ölümlə nəticələnən hadisə qeydə alınıb
1 min read

Sumqayıt şəhərində ölümlə nəticələnən hadisə qeydə alınıb

Sumqayıt şəhərində ölümlə nəticələnən hadisə qeydə alınıb.

Canlixeber.com xəbər verir ki, şəhərin 41-ci məhəlləsində 1967-ci il təvəllüdlü Nemət Abdullayev Nəriman oğlunun meyiti aşkarlanıb.

Məlumata görə, onun bir neçə gün əvvəl həyatını itirdiyi ehtimal olunur. Meyitin aşkar edilməsindən sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və əraziyə baxış keçirilib.

Meyit müvafiq ekspertiza üçün təhvil verilib. Ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.