Şirvanda benzinlə ehtiyatsız davranan kişi yandı
Şirvan sakini ağır yanıq xəsarətləri alıb.
Canlixeber.com lent.az-a istinadla xəbər verir ki, benzinlə ehtiyatsız davranan şəhər sakini, 31 yaşlı Kərimli Fərid Behbud oğlu ağır yanıq xəsarətləri alıb.
O, bədəninin 3-cü dərəcəli termiki yanıq diaqnozu ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralının Bakıdakı 5 saylı klinik xəstəxananın yanıq şöbəsinə təxliyyə edilməsi gözlənilir.
