Samuxda Kür çayının yaxınlığında yeniyetmənin meyiti tapılıb
1 min read

Samuxda Kür çayının yaxınlığında yeniyetmənin meyiti tapılıb

Samux rayonunda 17 yaşlı yeniyetmənin meyiti aşkarlanıb.

Canlixeber.com APA-ya istinadla xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü E. Məmmədovun meyiti sözügedən ərazidə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

İlkin məlumata əsasən, yeniyetmənin ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilib ki, onun bir müddət əvvəl ürək əməliyyatı keçirib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.