Salyanda AĞIR QƏZA – Beş nəfər xəsarət aldı
1 min read

Salyanda AĞIR QƏZA – Beş nəfər xəsarət aldı

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zəncirvari qəza zamanı “Infiniti”, “Mazda” və VAZ-2107 markalı avtomobillər və mikroavtobus toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri – Nemət İbrahim oğlu İsmayılov, Ərəstun Ramazan oğlu Əhmədov və daha üç nəfər xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.