Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq
Bu gün paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 3 iyun tarixində saat 10:00-dan etibarən təmir işləri yekunlaşanadək Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsində – Hövsan bağları, Dənizkənarı və O.Şabanov küçələrində qazın verilişində qısamüddətli fasilə olacaq.
