Sabunçuda oğurluq edən şəxs saxlanılıb
Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı R.Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs gecə saatlarında evdə heç kimin olmamasından istifadə edərək oğurluq əməlini törədib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
