Sabunçuda ailə münaqişəsi qanla bitdi: Qətlə yetirilən gəncin qardaşı şübhəli bilinir
1 min read

Sabunçuda ailə münaqişəsi qanla bitdi: Qətlə yetirilən gəncin qardaşı şübhəli bilinir

Bakıda qətl hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə saat 23 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.

Yaşadıqları evdə aralarında yaranmış münaqişə zəminində 1995-ci il təvəllüdlü Aqil Qulamzadənin qətlə yetirilməsində qardaşı, 1999-cu il təvəllüdlü Hikmət Qulamzadə şübhəli bilinir.

H.Qulamzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.