Şabran rayonunda sel nəticəsində zədələnmiş yol infrastrukturu bərpa olunub
1 min read

Şabran rayonunda sel nəticəsində zədələnmiş yol infrastrukturu bərpa olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Şabran rayonunda leysan və güclü sel nəticəsində zədələnmiş 2 avtomobil yolunda bərpa işləri yekunlaşdırılıb.

Canlixeber.com xəbər verir ki, bu bardə AAYDA məlumat yayıb.

Bildirilib ki, Düzbilici–Vələsi–Çinarlar avtomobil yolunun 5-ci kilometrində yol örtüyü bərpa edilib, 8-ci kilometrində suötürücü boru, 16-cı və 18-ci kilometrlərində isə iki körpü inşa olunub.

Həmçinin Şabran–Qalaaltı avtomobil yolunun 6-cı kilometrində yeni suötürücü boru inşa edilib.

Görülən işlər nəticəsində selin fəsadları tam aradan qaldırılıb, nəqliyyatın təhlükəsiz və rahat hərəkəti təmin olunub.

Qeyd edək ki, leysan və selin fəsadlarının aradan qaldırılması istiqamətində bərpa işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilib.