Şəmkirdə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Ford Transit” markalı yük avtomobili ilə “QAZ 3110” markalı minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
