Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapıldı
Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapılıb.
Canlixeber.com xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
2012-ci il təvəllüdlü F.Rzayevin yaşadığı evin arxa hissəsində meyiti tapılıb. 14 yaşlı yeniyetmənin ölüm səbəbi məlum deyil. Onun dünəndən itkin düşdüyü bildirilir.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.
