Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həyatını itirib.
Canlixeber.com xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb.
Qeyd olunub ki, həlak olan şəxs Saratov vilayətinin Yerşov rayonundan olan Rəşad Bəymirzəyevdir.
Yerşov rayon administrasiyası onun bioqrafiyası, yaşı və nə vaxt həlak olduğu barədə məlumat paylaşmayıb.
Rəşad Bəymirzəyevlə vida mərasimi oktyabrın 8-də onun Yerşovdakı evinin önündə keçiriləcək. O, Azərbaycanda dəfn olunacaq.
