Qəbələdə ev yanıb – Yaralanan var
1 min read

Qəbələdə ev yanıb – Yaralanan var

Qəbələ rayonunun Mirzəbəyli kəndində ev yanıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.