Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü
Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada ölüb.
Canlixeber.com xəbər verir ki, sentyabrın 11-də Qəbələ rayonunun Zarağan kəndinin ərazisində Şakir Eyvazov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən Aydınqışlaq kənd sakini, 65 yaşlı Heydər İsrafilovu vurub.
Xəstəxanaya yerləşdirilən H.İsrafilov dünən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
