Qusarda polisə silahla müqavimət göstərən şəxs zərərsizləşdirildi
1 min read

Qusarda polisə silahla müqavimət göstərən şəxs zərərsizləşdirildi

Qusar rayonunda törətdiyi cinayət əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.

Canlixeber.com xəbər verir ki, görülən tədbirlərlə R.Rəsulov zərərsizləşdirilib.Hadisə yerindən tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sosial mediada yayılan məlumatlara görə R.Rəsulov 16 yaşlı qıza qarşı cinayətdə şübhəli bilinib və bu kimi əməllərə görə axtarışda olub.