Qubada iki avtomobil toqquşdu: Beş nəfər xəsarət aldı
1 min read

Qubada iki avtomobil toqquşdu: Beş nəfər xəsarət aldı

Quba rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

Canlixeber.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi Quba şəhərinin Əliqulu Nərimanov küçəsində baş verib.

İlkin məlumata görə, “Chevrolet” və “Ford” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan beş nəfər təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.