Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində 3 nəfər ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
