“Qarabağ”dan yeni transfer: Braziliyalı yarımmüdafiəçi komandaya qoşuldu
“Qarabağ” futbol klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.
Canlixeber.com xəbər verir ki, 23 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb.
Müqaviləyə əsasən, icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunun transfer hüquqlarını əldə edə bilər.
Qeyd edək ki, Dieqo Rosa 2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunub. Yarımmüdafiəçi karyerası ərzində “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia” və “İnter” (hər ikisi Braziliya), həmçinin APOEL-də çıxış edib.
O, eyni zamanda Braziliyanın U-16 və U-17 milli komandalarının formasını geyinib.
