Qəbələdəki Kilsədağ kompleksində 10-dan artıq bürc yeri aşkarlanıb
Qəbələ rayonu ərazisində yerləşən Kilsədağ məbədlər kompleksində 10-dan artıq bürc yeri aşkar edilib.
Canlixeber.com xəbər verir ki, bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə “Kilsədağ məbədlər kompleksi” ətrafında formalaşan Akropolda aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazinin müdafiə divarları ilə yanaşı, strateji yerdə inşa edilən iki bürcün bünövrə yerləri öyrənilmişdir.
2026-cı ildə isə mövcud bürc yerləri və qala divarlarının strukturunun müəyyən edilməsi istiqamətində tədqiqat sahəsinin əhatə dairəsi genişləndirilib. Tədqiqat sahəsində aparılmış kəşfiyyat qazıntıları nəticəsində müəyyən olunub ki, kompleks ərazisini əhatə edən bürc yerlərinin sayı 10-dan artıqdır. Arxeoloji qazıntılar zamanı dairəvi məbəd kompleksinin şərq hissəsini əhatələyən qala divarları və ona paralel olan üç bürc yeri K və L kvadratlarında aşkara çıxarılıb.
