Qəbələdə ev yanıb – Yaralanan var
Qəbələ rayonunun Mirzəbəyli kəndində ev yanıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
