Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edilib
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Bayramkoxa kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ümumi çəkisi 4 ton 600 kiloqram olan 9100 ədəd çətənə kolu məhv edilib.
