Premyer Liqa: Son tura bu gün Qəbələdə start veriləcək
1 min read

Premyer Liqa: Son tura bu gün Qəbələdə start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XXXIII – son turun ilk oyunu keçiriləcək.

Canlixeber.com xəbər verir ki, ilk oyun günündə “Qəbələ” və “Şamaxı” komandaları üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 18:30-da start götürəcək.

Bu oyunların nəticəsindən aslı olmayaraq, aktivində 24 xalı olan Kaxaber Sxadadzenin komandası mövsümü turnir cədvəlinin 11-ci, 38 xalı olan Ayxan Abbasovun kollektivi isə 8-ci pillədə başa vuracaq.

Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *