Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Paraqvay Azərbaycana fəxri konsul təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin mənzil-qərargahı Ankarada olan Azərbaycan üzrə səfiri Gillermo Sosa (Cirilo Guillermo Sosa Flores) deyib.
O bildirib ki, bu vəzifəyə Tərlan Məmmədov təyin edilib:
“İnanırıq ki, onun fəaliyyəti Azərbaycan ilə Paraqvay arasında kommersiya, mədəni və institusional əlaqələrin inkişafına mühüm töhfələr verəcək”.
