Oğurladığı elektronika məhsullarını müxtəlif mağazalarda satan şəxs saxlanılıb
1 min read

Oğurladığı elektronika məhsullarını müxtəlif mağazalarda satan şəxs saxlanılıb

Nəsimi rayonu ərazisində yerləşən elektronika mağazalarından birindən 2500 manat dəyərində noutbuk oğurlanıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı V.Rzayev saxlanılıb.

Araşdırmalar zamanı onun paytaxt ərazisində yerləşən digər mağazalardan da məişət və elektronika avadanlıqları oğurladığı, daha sonra həmin əşyaları müxtəlif ticarət obyektlərində satdığı müəyyən edilib.

Araşdırma aparılır.