Naxçıvanda qaz təchizatı dayandırılacaq
İyulun 24-də Naxçıvan şəhərinin qaz təchizatı sistemində təmir-quraşdırma işləri aparılacaq.
Canlixeber.com xəbər verir ki, saat 14:10-dan şəhərin Atabəylər, Əlincə məhəllələrinin və Əliqulu Qəmküsar küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra həmin ərazilərə mavi yanacağın verilişi bərpa olunacaq.
