Naxçıvanda qəzada yaralanmışdı – Xəstəxanada öldü
1 min read

Naxçıvanda qəzada yaralanmışdı – Xəstəxanada öldü

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda qəzada yaralanan 6 nəfərdən biri ölüb.

Canlixeber.com xəbər verir ki, mayın 23-ü gecə saatlarında Babək rayonu Çeşməbasar kəndi ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan Əlizadə Nail İlham oğlu xəstəxanada vəfat edib.

Qeyd ediliv ki, qəzada yaralanan digər şəxslər – İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Vəliyev Şahin Elxan oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicələri davam etdirilir.

Şahin Vəliyevin vəziyyəti ağır qiymətləndirilir.