Naxçıvanda avtomobil qəzasında bir nəfər həyatını itirib
1 min read

Naxçıvanda avtomobil qəzasında bir nəfər həyatını itirib

Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu Yeni Kərki kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib.

Canlixeber.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar.

Məlumatla əlaqədar hadisə yerinə dərhal Kəngərli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yoldan çıxaraq aşıb və sərnişinlər deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Hyundai” avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızını, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyya Məmmədbağır qızını və 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Qəza nəticəsində avtomobildə olan bir nəfər sərnişin vəfat edib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.