Naxçıvanda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
1 min read

Naxçıvanda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib.

Belə ki, avtomobil yolu qarşı tərəfə keçən Naxçıvan şəhər sakini, 1985-ci il təvəllüdlü Quliyev Loğman Qələndər oğlunu vurub.

Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.