Naxçıvana uçuşlar bərpa edildi
Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbilə təxirə salınan Bakı-Naxçıvan-Bakı reyslərini yenidən bərpa edib.
Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Hazırda bölgədə qeyri-stabil hava şəraiti mövcud olsa da, reyslərin icrasına təhlükə törətmədiyindən sözügedən marşrut üzrə uçuşlar həyata keçirilməyə davam edir.
AZAL vəziyyəti nəzarətdə saxlayır və sərnişinlərin təhkükəsizliyi üçün bütün zəruri tədbirləri görür. Uçuş cədvəlində hər hansı dəyişiklik baş verdiyi təqdirdə sərnişinlərə müvafiq qaydada məlumat veriləcək.
