Məşhur azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər – 20 milyonluq şantaj işində yeni adlar
1 min read

Məşhur azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər – 20 milyonluq şantaj işində yeni adlar

Rusiyada yaşayan məşhur iş adamı, “Peton Holding”in həmtəsisçilərindən olan Emin Axundovu şantaj edib üç milyon dollar pulunu və 10 milyonluq əmlakını ələ keçiriblər.

Canlixeber.com xəbər verir ki, bir neçə il əvvəl baş verən bu hadisəyə görə indi daha iki nəfərə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılan istintaqla təqsirkarlardan biri – Hikmət Vəliyev xaricdə tutularaq ölkəyə gətirilib, barəsində həbs qətimkan tədbiri seçilib. Onunla birgə təqsirləndirilən Ramil Tağıyev isə məhkəməyə qədər azadlıqdadır.