Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanları keçirilir
İyulun 26-da Dövlət İmtahan Mərkəzi tərəfindən Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanları keçirilir.
Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, mtahanlar Bakı, Gəncə və Naxçıvan şəhərlərində elektron formada təşkil olunur.
İmtahanın birinci növbəsi (21, 25, 26, 28, 32, 33, 36-cı komissiyalar üzrə) saat 10:00 başlanıb və 1 saat davam edib. İkinci növbə imtahan isə (20, 24, 27, 29, 30, 69, 73, 75-ci komissiyalar üzrə) saat 14:00-da başlanacaq.
İmtahanlar kompüter vasitəsilə keçirilir. Abituriyentlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına da yerləşdiriləcək.
