Misli Premyer Liqası: “Kəpəz” “Neftçi”yə, “Araz-Naxçıvan” “Zirə”yə qarşı
1 min read

Misli Premyer Liqası: “Kəpəz” “Neftçi”yə, “Araz-Naxçıvan” “Zirə”yə qarşı

Bu gün Misli Premyer Liqasında souncu – 33-cü turun növbəti oyunları keçiriləcək.

Canlixeber.com xəbər verir ki, günün ilk oyunu Sumqayıtda baş tutacaq. “Kəpəz” komandası çempion “Neftçi” ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti 15:00-da çalınacaq. 32 turdan sonra “Kəpəz” 27 xalla 10-cu, “Neftçi” klubu isə 56 xalla dördüncü sırada qərarlaşıb.

Günün son matçında isə “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək. “SOCAR Polymer Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.

Xatırladaq ki, aktivində 43 xalı olan “Araz-Naxçıvan” komandası turnir cədvəlinin altıncı, 53 xalı olan Rəşad Sadıqovun kollektivi isə beşinci pillədə qərarlaşıb.Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *