Bakılı dünya çempionu beynəlxalq axtarışa verildi
1 min read

Bakılı dünya çempionu beynəlxalq axtarışa verildi

Müstəntiqlər Harri Kasparovu (Rusiyada xarici agent kimi tanınıb və terrorçular siyahısına daxil edilib) beynəlxalq axtarışa veriblər. O, terrorizmi haqlı çıxarmaq və xarici agentin fəaliyyətini tənzimləyən iki qaydanı pozmaq ittihamı ilə qiyabi olaraq həbs edilib.

Canlixeber.com əbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Sənəddə deyilir: “H.K. Kasparov Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (internetdə terrorizmə haqq qazandırmaq), 330.1-ci maddəsinin 2-ci hissəsi və 330.1-ci maddəsinin 2-ci hissəsi (xarici agentin fəaliyyət qaydalarının pozulması) ilə cinayətlərdə (qiyabi şəkildə) ittiham olunub. H.K. Kasparov barəsində sirkulyar olaraq federal və dövlətlərarası axtarış elan edilib və beynəlxalq axtarışa verilib”.

Qeyd edək ki, şahmat əfsanəsi Harri Kasparov 1963-cü ildə Bakıda anadan olub. O, 1985-cü ildə Anatoli Karpovu məğlub edərək şahmat tarixinin 13-cü dünya çempionu adını qazanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *