Mingəçevirdə kafedə gənc oğlan bıçaqlandı
Mingəçevirdə bıçaqlanma olub.
Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən kafelərin birində qeydə alınıb.
21 yaşlı Bayandur Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 20 yaşlı Mətləb Rzayevin ayağına bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
