Laçında 2,4 ton çətənə kolu məhv edilib
Laçında 2 tondan artıq çətənə kolu məhv edilib.
Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinim əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Zabux kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 2 ton 445 kiloqram olan 8103 ədəd çətənə kolu məhv edilib.
