Lənkəranın bəzi ərazilərində qaz təchizatı dayandırılıb
1 min read

Lənkəranın bəzi ərazilərində qaz təchizatı dayandırılıb

Bu gün saat 10 radələrində Lənkəran rayonu, Liman şəhəri, M. İbayev küçəsində aparılan qazıntı işləri zamanı diametri 225 mm olan orta təzyiqli yeraltı qaz kəməri zədələnib nəticədə qaz sızması baş verib.

Canlixeber.com xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, yaranmış qəzanın aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə Liman şəhəri, Nərimanabad qəsəbəsi, Balıqçılar və Üzümçülük yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.


Qeyd edilib ki, qəza-bərpa işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.