Lənkəran xəstəxanasına yeni direktor TƏYİN OLUNDU
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni direktor təyin olunub.
Canlixeber.com xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb.
Qeyd edək ki, ixtisasca terapevt olan O.Əmənullayev 2025-ci ildən yeni təyinata qədər Cəlilabad RMX-nin, 2020-2025-ci illərdə isə Astara RMX-nin direktoru vəzifələrində çalışıb.
Xatırladaq ki, bundan əvvəl Lənkəran RMX-nin direktoru Nuridə Məmmədova olub. O bu ayın əvvəlində yaşayış yerini dəyişməsi ilə əlaqədar öz istəyi ilə tutduğu vəzifədən azad olunub.
