Kürdəmirdə avtomobil qəzasında 5 nəfər xəsarət alıb
1 min read

Kürdəmirdə avtomobil qəzasında 5 nəfər xəsarət alıb

Kürdəmir rayonunda “Toyota” markalı avtomobilin aşması nəticəsində beş nəfər xəsarət alıb.

Canlixeber.com xəbər verir ki, hadisə Pirili kəndində baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Hüseynovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb.Nəticədə sürücü və sərnişinlər – 1979-cu il təvəllüdlü Səidə Hüseynova, 2007-ci il təvəllüdlü Afaq Hüseynova, 1989-cu il təvəllüdlü Mahruq Əliyeva və 2010-cu il təvəllüdlü Fatimə Əliyeva müxtəlif xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.