Keçmiş məcburi köçkün Tərtərdə güllələndi – 21 yaşlı gənc SAXLANILDI
1 min read

Keçmiş məcburi köçkün Tərtərdə güllələndi – 21 yaşlı gənc SAXLANILDI

Tərtər rayonunda güllələnmə hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə rayonun İrəvanlı kəndi ərazisində qeydə alınıb. Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün, 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından odlu silahla güllələnib.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı araşdırma aparılır.