“Karvan-Yevlax” heyətini Nemət Şixamirovla gücləndirib
Azərbaycanın I Liqa təmsilçisi “Karvan-Yevlax” heyətini Nemət Şixamirovla gücləndirib.
Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, N.Şixamirovun son klubu I Liqanın digər təmsilçisi “Şimal” olub.
