“Kəpəz” Urfan Abbasovu transfer etdi
1 min read

“Kəpəz” Urfan Abbasovu transfer etdi

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” daha bir transferi rəsmiləşdirib.

Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, Premyer Liqa təmsilçisi 33 yaşlı müdafiəçi Urfan Abbasovu heyətinə qatıb.

Təcrübəli futbolçu ilə müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Urfan Abbasovun son klubu “Araz-Naxçıvan” olub. O, ötən mövsüm ərzində ümumilikdə 26 oyunda meydana çıxıb.