“Kəpəz” belçikalı yarımmüdafiəçini transfer etdi
1 min read

“Kəpəz” belçikalı yarımmüdafiəçini transfer etdi

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Canlixeber.com xəbər verir ki, Gəncə təmsilçisi Desmond Akuanın transferini rəsmiləşdirib.

24 yaşlı belçikalı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Akua son olaraq Belçikanın “Dender” klubunda çıxış edib. O, ötən mövsüm bütün turnirlərdə 15 oyunda meydana çıxıb və 2 qol vurub.