İsveçrədə etirazlar polislə toqquşmaya çevrildi
1 min read

İsveçrədə etirazlar polislə toqquşmaya çevrildi

İsveçrənin Sürix şəhərində sol radikal qrupların etirazları polislə açıq qarşıdurmaya çevrilib. Polis nümayişçilərə qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Canlixeber.com xəbər verir ki, aksiya təşkilatçıları iştirakçılara özləri ilə qoruyucu maskalar gətirməyi tövsiyə ediblər.

Etirazçılar şüşələri sındırıb, binaların fasadlarına zərər vurublar. Həmçinin onlar zibil konteynerlərindən barrikadalar quraraq onları yandırıblar.