İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var
1 min read

İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var

İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı yük avtomobili ilə “Volkswagen” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.