İnterpolun “qırmızı bülleten”lə axtardığı Azərbaycan vətəndaşı saxlanıldı
1 min read

İnterpolun “qırmızı bülleten”lə axtardığı Azərbaycan vətəndaşı saxlanıldı

Gürcüstanın Batumi şəhərində İnterpolun “qırmızı bülleten”i ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

Canlixeber.com xəbər verir ki, həmin şəxs ağır cinayətlər törətməkdə ittiham olunaraq Azərbaycanda axtarışa verilib.

Saxlanılan şəxs barəsində müvafiq hüquqi prosedurlar icra edilərək, Bakıya ekstradisiya edilməsi üçün həbs-qətimkan tədbiri seçilib.