Hacıqabulda AĞIR QƏZA: Ölənlər və yaralananlar var
Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com hadisə bu gün səhər 07:30-da Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Həsən Vəli oğlu Quliyev 90-MK-953 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin idarəetməsini itirərək aşırıb. Hadisə nəticəsində H.Quliyev və sərnişini Rahidə İmamverdi qızı Abdullayeva həlak olublar, avtomobildə olan dörd sərnişin isə xəstəxanaya yerləşdirilib.
