Gəncədə avtomobil təmiri sexində meyit tapılıb
1 min read

Gəncədə avtomobil təmiri sexində meyit tapılıb

Gəncədə avtomobil təmiri sexində kişi meyiti tapılıb.

Canlixeber.com xəbər verir ki, avtomobil təmiri sexində şəhər sakini 1988-ci il təvəllüdlü Ə.Əliyevin meyiti aşkarlanıb.

Ölümün səbəbi hələlik məlum deyil.

Məlumata görə, meyiti tapılan şəxs avtomobil ustası olub.

Faktla bağlı araşdırma aparılır.