Gəncədə 20 yaşlı gənc bıçaqlanıb
Gəncədə Xan Bağı istirahət parkının yaxınlığında 20 yaşlı gənc bıçaqlanıb.
Canlixeber.com xəbər verir ki, 2006-cı il təvəllüdlü Sərxan İsmayılov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir.
Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi istiqamətində Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.
